MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Xəbərlər

WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası mənzil təminatı və şəhərsalma sahəsində praktiki və həll yönümlü müzakirələrin təşviqi üçün nəzərdə tutulmuş yeni məkanı – Təcrübə Mərkəziadlıplatformanı təqdim edəcək. Əsas diqqəti icra və tətbiq məsələlərinə yönəldən bu platforma özünü doğrultmuş yanaşma prinsiplərini, əldə edilmiş təcrübələri və qarşılıqlı öyrənmə imkanlarını bir araya gətirəcək.
14 may 2026
Ölkə miqyasında həyata keçirilən WUF13 Festivalı başa çatıb
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.
14 may 2026
WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçiriləcək
2026-cı il 17-22 may tarixində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaqdır. Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.
14 may 2026
Bakı şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 13-də Bakı Dövlət Universitetində WUF13-ə həsr olunmuş maarifləndirmə sessiyası keçirilib. Tədbirdə universitetin müəllim heyəti, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 400-ə yaxın tələbəsi iştirak edib.
13 may 2026
WUF13 akkreditasiya kartlarının verilməsinə 14 may tarixində başlanılacaq
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.
13 may 2026