Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - Bakı, Azərbaycan
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ:
TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və ‘Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri’ mövzusuna həsr olunmuş WUF13 qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdıracaq və Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verəcəkdir.
WUF13-ün BAŞLAMASINA QALAN VAXT!
000
GÜN
00
SAAT
00
DƏQİQƏ
00
SANİYƏ
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
Xəbərlər
Azərbaycan nümayəndə heyəti 2-ci Afrika Şəhərsalma Forumunda iştirak edir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
10 aprel 2026
Azərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
08 aprel 2026
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
06 aprel 2026
Bakı şəhəri
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
QEYDİYYATDAN İNDİ KEÇİN!
2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına qeydiyyat davam edir.