Hansı ölkələrdən Bakıya tez-tez uçuşlar həyata keçirilir?
Heydər Əliyev Aeroportuna (GYD) müntəzəm təyyarə reysləri sayəsində Bakı şəhəri bir neçə əsas beynəlxalq hava limanı ilə əlaqədədir. Bakıya beynəlxalq aviareyslər daha çox aşağıdakı ölkələrin hava limanlarından həyata keçirilir:
- Türkiyə - İstanbul Hava Limanı (İST) və İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportu (SAW);
- Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - Dubay Beynəlxalq Hava Limanı (DXB), Əbu-Dabi Beynəlxalq Hava Limanı (AUH) və Şarja Beynəlxalq Hava Limanı (SHJ).
- Rusiya - Moskvada yerləşən Şeremetyevo Beynəlxalq Hava Limanı (SVO) və Domodedovo Beynəlxalq Aeroportu (DME).
- Gürcüstan - Tbilisi Beynəlxalq Hava Limanı (TBS).
- Qətər - Dohada yerləşən Həməd Beynəlxalq Hava Limanı (DOH).
Bu hava limanları Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa beynəlxalq uçuşlar üçün ən geniş istifadə olunan hava limanlarıdır.
Bakıya səfər üçün hansı hava limanı seçilməlidir?
WUF13 tədbirində iştirak üçün Azərbaycana planlaşdırılan bütün hava reyslərinin təyinatı Bakı şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportudur (IATA: GYD, ICAO: UBBB). Bu aeroport ölkənin əsas beynəlxalq giriş qapısı, regiondakı ən böyük və ən müasir hava limanlarından biridir.
Hava limanı WUF13-ün əsas məkanı - Bakı Olimpiya Stadionundan 16 km-lik məsafədə yerləşir və nəqliyyatın sıxlığından asılı olaraq, tədbir məkanından aeroporta orta hesabla təxminən 20-30 dəqiqəyə çatmaq mümkündür.
WUF13-də iştirak etmək üçün quru sərhədini keçməklə Azərbaycana daxil ola bilərəmmi?
Hazırda ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əsasən, Azərbaycan Respublikasının quru və dəniz sərhədləri sərnişin gediş-gəlişi üçün müvəqqəti olaraq bağlıdır. Bu səbəbdən tədbir iştirakçılarından səfərlərini yalnız hava yolu vasitəsilə planlaşdırmaları xahiş olunur.
Azərbaycana səfər etmək üçün vizaya ehtiyac varmı?
Viza tələbləri iştirakçının vətəndaşlığından asılı olaraq dəyişə bilər. İştirakçılara səfər etməzdən əvvəl Azərbaycanın viza qaydalarını nəzərdən keçirmək tövsiyə olunur. WUF13 iştirakçıları üçün nəzərdə tutulmuş əlavə məlumat və təlimat materialları ilə burada tanış ola bilərsiniz.
Ölkəyə daxil olduqda hansı miqrasiya prosedurları tətbiq olunur?
Azərbaycan Respublikasında 15 gündən çox müvəqqəti qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qaldıqları yer üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün əcnəbilər ölkəyə gəldikdən sonra 15 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi üzərindən və ya elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə, yaxud regional miqrasiya idarələrinə və ya “ASAN xidmət” mərkəzlərinə yaxınlaşaraq müraciət etməlidirlər.
Qaldığınız yer üzrə qeydiyyat haqqında daha ətraflı məlumat üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: https://migration.gov.az/az/oyq
Azərbaycana daxil olarkən hər hansı xüsusi gömrük qaydası və ya qadağan olunmuş əşyalar varmı?
Bəyan edilməli və ya Azərbaycana idxalı qadağan olunmuş əşyalar, o cümlədən valyuta, tütün, spirtli içki, antik əşyalar və heyvanlar haqqında ətraflı məlumatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən (e.customs.gov.az) əldə etmək mümkündür.
Azərbaycana daxil olarkən əşyaların bəyan edilməsi proseduru necədir?
Düzgün gömrük kanalı istifadə etdiyinizə əmin olun və bəyan edilməli əşyalarınız varsa, bu barədə gömrük məmuruna məlumat verin.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baqajın alınması prosesi necədir və itirilmiş baqaj barədə necə məlumat verilə bilər?
Baqajınızı ümumi qaydada müvafiq reysə uyğun lentdən götürə bilərsiniz.
Baqajınız itdikdə və ya zədələndikdə, baqaj zalından çıxmazdan əvvəl, baqajların alınması ərazisindəki “İtirilmiş və Tapılmış Əşyalar” xidməti ilə əlaqə saxlayın. İşçilər sizə lazımi sənədlərin doldurulmasında kömək edəcək və baqajınızın axtarışı ilə bağlı yeni məlumatlar təqdim edəcəklər.
Telefon: +994 12 497-26-00 (daxili 78-80), +994 77 700 87 03, +994 50 246 10 69
Hava limanında əlilliyi və ya xüsusi ehtiyacları olan qonaqlara nə kimi yardım göstərilir?
Hava limanında əlilliyi olan sərnişinlərə (aeroportda olduqları müddət ərzində) müşayiət və dəstək xidmətləri də daxil olmaqla, lazımı yardım göstərilir. Sərnişinlərə uçuşdan ən azı 48 saat əvvəl bu barədə öz aviaşirkətlərinə və ya tur operatorlarına məlumat vermələri və konkret ehtiyaclarını aydın şəkildə bildirmələri tövsiyə olunur.
Ətraflı məlumat: www.airport.az/az/facilities/travellers-with-special-needs
Hava limanında ev heyvanları və ya bələdçi heyvanlarla hərəkət edən sərnişinlər üçün hər hansı təlimat varmı?
Pişiklər, itlər və quşlar səfər tarixindən ən çox on gün əvvəl baytarlıq tərəfindən verilmiş rəsmi (möhürlü) sağlamlıq sertifikatı ilə müşayiət olunmalıdır.
Daha ətraflı məlumat: www.iatatravelcentre.com
Hava limanında təcili tibbi yardıma ehtiyac olarsa, nə edilməlidir?
Hava limanında ilkin və təcili tibbi yardımın göstərildiyi tibb məntəqəsi 24/7 fəaliyyət göstərir. Hər iki terminalda tibb məntəqələri mövcuddur. Tədbir zamanı hava limanında TƏBİB tərəfindən tam heyətlə təchiz olunmuş təcili tibbi yardım maşınları 24/7 rejimində xidmət göstərəcək.
Tibb məntəqələrinin yerləşdiyi ərazilər:
• Terminal 1: 3-cü mərtəbə
• Terminal 2: 2-ci mərtəbə
Hava limanında yarana biləcək suallar üçün hara müraciət edilməlidir?
Hər iki terminalda məlumat masaları mövcud olacaq və qonaqlara istənilən sualla bağlı köməklik göstərmək üçün 24/7 fəaliyyət göstərəcəkdir.
WUF13 iştirakçıları üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda hər hansı restoran və ya istirahət zonası varmı?
Hava limanında WUF13 iştirakçıları üçün xüsusi istirahət zonaları nəzərdə tutulmayıb, lakin terminallarda istirahət zalları və restoran xidmətləri mövcuddur. Əlavə məlumat üçün hava limanının rəsmi internet səhifəsinə (www.airport.az/az/facilities/lounges) müraciət edə bilərsiniz.
Heydər Əliyev Beynəlxalq Aeroportunda SİM kart və ya mobil internet əldə etməyin ən rahat yolu hansıdır?
SIM kartları hava limanında və ya şəhərdəki mobil telefon mağazalarından əldə etmək olar. Azərbaycanda üç əsas yerli mobil şəbəkə operatoru var: Azercell, Bakcell və Nar Mobile.
Hava limanında “Wi-Fi” mövcuddurmu və ona necə qoşulmaq olar?
Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında ödənişsiz “Wi-Fi” mövcuddur. Bu rabitə xidməti bütün ictimai yerlərdə, o cümlədən obyektlər, kafelər, mağazalar və biznes zallarda aktivdir.
Ödənişsiz “Wi-Fi” xidmətinə qoşulmaq üçün:
- Cihazınızda “Wi-Fi” funksiyasını aktiv edin.
- “Bakı-Airport-Free-Wi-Fi” şəbəkəsini seçin və ekrandakı təlimatlara uyğun olaraq qoşulun.
Azərbaycanın dövlət dili və yerli valyutası hansıdır?
Azərbaycanın dövlət dili Azərbaycan dilidir, yerli valyuta isə Azərbaycan manatıdır (AZN).
Hava limanında valyuta mübadiləsi mümkündürmü?
Valyuta mübadiləsi məntəqələri hava limanı terminallarında 24/7 fəaliyyət göstərir.
Hava limanında bankomatlar mövcuddurmu?
Hava limanında nağdlaşdırma, köçürmə və valyuta mübadiləsi kimi maliyyə əməliyyatlarını həyata keçirmək üçün bankomatlar, valyuta mübadiləsi xidmətləri və bank filialları mövcuddur.
Bankların yerləşdiyi yerlər:
- Premium Bank - Terminal 1, 1-ci mərtəbə
- Azərbaycan Beynəlxalq Bankı - Terminal 1, 1-ci mərtəbə; Terminal 2, 1-ci mərtəbə
Azərbaycanda digər ölkələrin bank kredit kartlarından istifadə etmək mümkündürmü?
Bəli, Visa və Mastercard da daxil olmaqla, əksər beynəlxalq kredit kartları Azərbaycanda, xüsusən də Bakı kimi böyük şəhərlərdə geniş şəkildə qəbul edilir. Bir qayda olaraq, böyük hotellər, restoranlar və ticarət mərkəzləri kart ödənişlərini qəbul edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yemək və içki seçimləri mövcuddur?
Bəli, hava limanında bütün sərnişinlər üçün geniş çeşiddə yemək və içki seçimləri mövcuddur. Əlavə məlumat üçün hava limanının rəsmi internet səhifəsinə (www.airport.az/az/shop-dine/cafes) müraciət edə bilərsiniz.
Heydər Əliyev Beynəlxalq Aeroportunda “duty-free” alış-veriş imkanları varmı?
Bəli, daha ətraflı məlumat üçün hava limanının rəsmi internet səhifəsinə daxil ola bilərsiniz (www.airport.az/az/shop-dine/shop)
Uçuş üçün hava limanına nə qədər tez gəlmək lazımdır?
Qrafik üzrə uçuş vaxtından ən azı üç saat əvvəl hava limanına gəlməyiniz xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baqaj üçün müvəqqəti saxlanc yeri varmı?
Heydər Əliyev Beynəlxalq Aeroportunda baqaj üçün müvəqqəti saxlanc yeri yoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunda avtomobil icarəsi xidmətləri mövcuddurmu?
Hava limanında 24/7 müxtəlif ehtiyac və seçimlərə uyğun geniş çeşiddə nəqliyyat vasitələri təklif edən üç avtomobil icarəsi şirkəti fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün hava limanının rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: www.airport.az/az/transport/rent-a-car
Azərbaycanda digər ölkənin yerli sürücülük vəsiqəsindən istifadə etmək mümkündürmü?
Bəli, aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə, yerli sürücülük vəsiqənizdən istifadə edə bilərsiniz:
Turistlər və qısamüddətli ziyarətçilər: əgər Azərbaycana qısa müddətə (bir ilə qədər) səfər edirsinizsə, etibarlı xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərsiniz. Mənşə ölkənizdən asılı olaraq, sürücülük vəsiqənizlə yanaşı, Beynəlxalq Sürücülük İcazəsi (BSİ) də tələb oluna bilər.
Rezidentlər: əgər bir ildən çox müddətə Azərbaycanda qalmağı planlaşdırırsınızsa və ya rezidentsinizsə, o zaman Azərbaycan sürücülük vəsiqəsi almalısınız.
Vətəndaşlığınızla bağlı hər hansı xüsusi tələb xüsusunda məlumat almaq üçün müvafiq yerli səlahiyyətli orqan və ya səfirliyinizlə əlaqə saxlamağınız xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportundan (GYD) şəhər mərkəzinə hansı nəqliyyat vasitələri ilə getmək olar?
Şəhər mərkəzinə səfər üçün bir neçə rahat nəqliyyat vasitəsi mövcuddur. Taksilər hava limanı binasının xaricində təyin olunmuş taksi dayanacaqlarında 24/7 fəaliyyət göstərir (tətbiq vasitəsilə də sifariş etmək mümkündür). Bundan əlavə, şəhər mərkəzinə gediş-gəliş 24/7 fəaliyyət göstərən “H1 Airport Express” müntəzəm avtobus xidməti vasitəsilə təmin edilir.
Hava limanından taksi və ya avtobus xidmətini əvvəlcədən sifariş edə bilərəmmi?
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının çıxışında “Bakı Taksi” dövlət xidmətinin taksi dayanacağı fəaliyyət göstərir. Taksiləri 1-ci Terminalın daxilindəki xidmət masası, çağrı mərkəzi (1000) və ya mobil tətbiq vasitəsilə sifariş etmək olar.
Ətraflı məlumat: www.airport.az/az/transport/airport-taxi
WUF13 iştirakçıları üçün xüsusi servis xidməti varmı?
Bəli, WUF13 iştirakçıları üçün xüsusi marşrut avtobusları şəhər daxilindəki bir neçə əsas məntəqə istiqamətində xidmət göstərəcək.
Hava limanının iş saatları hansıdır və hansı xidmətlər 24/7 mövcuddur?
Hava limanı 24/7 rejimində fəaliyyət göstərir və bütün xidmətlər həm gecə, həm də gündüz vaxtı aktivdir.