MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Viza Məlumatı

Azərbaycan Respublikasının Hökuməti BMT Məskunlaşma Proqramının (UN-Habitat) onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsiz WUF13 xüsusi vizasını təqdim edəcək.

Qeydiyyat uğurla tamamlandıqdan sonra iştirakçılar həm xüsusi elektron viza keçidi, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə müraciət edə bilərlər. İştirakçı diplomatik nümayəndəlik və ya konsulluq vasitəsilə müraciət etməyi seçdiyi halda, WUF13 qeydiyyatını təsdiq edən elektron məktub səfər üçün əsas təsdiqləyici sənəd hesab olunacaqdır. WUF13 xüsusi vizası Azərbaycan Respublikası ərazisində 30 günədək qalmağa icazə verən birdəfəlik giriş vizası olacaq.

Viza tələb olunan iştirakçılara UN-Habitat üzrə qeydiyyatları təsdiqləndikdən dərhal sonra müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasını tərk etdikdən sonra WUF13 tədbirində iştirak məqsədilə yenidən ölkəyə daxil olmaq istəyən şəxslər xüsusi viza üçün təkrar müraciət etməlidirlər.

Müvafiq qaydalara əsasən, viza müraciətinin təqdim edilməsi üçün son tarix 22 may 2026-cı ildir.

WUF13-də iştirak üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti viza müddətinin bitmə tarixindən ən azı üç ay artıq olmalıdır.

WUF13 xüsusi vizası, rəsmi elektron viza portalı və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə tam doldurulmuş müraciət təqdim edildikdən sonra 3 (üç) iş günü ərzində rəsmiləşdiriləcəkdir.

Vizanın etibarlılıq müddəti xüsusi vizanın üzərində əks etdiriləcək. Viza sahibi vizanın etibarlılıq müddəti başa çatmamış Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

Rəsmi elektron viza portalı vasitəsilə müraciət edən iştirakçılar təqdim edilmiş link vasitəsilə portala daxil olaraq onlayn ərizə formasını doldurmalı, tələb olunan sənədi yükləməlimüraciətlərini təsdiq üçün təqdim etməlidirlər.

Müraciət təsdiqləndikdən sonra iştirakçılara vizanı yükləmək üçün müvafiq keçid olan elektron təsdiq məktubu göndəriləcəkdir.

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə müraciət edən iştirakçılar viza müraciət formasını, etibarlı pasport və ya digər səyahət sənədini, iki ədəd rəngli fotoşəkli (3x4 sm)elektron məktubun surətini təqdim etməlidirlər.

Vizasız gediş-gəliş rejimi

Azərbaycan Respublikası ilə bir sıra xarici ölkələr arasında mövcud olan ikitərəfli hökumətlərarası sazişlərə əsasən, vizasız gediş-gəliş rejimi mövcuddur. İştirakçılar vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr barədə əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərlər:

www.mfa.gov.az/en/category/visa/visa-free-countries

Bu ölkələrdən olan iştirakçılar Azərbaycan Respublikasının ərazisinə vizasız səfər edə bilərlər və onların WUF13 xüsusi vizası üçün müraciət etmələri tələb olunmur.

Səfərdən əvvəl və ya səfər zamanı dəstəyə ehtiyacı olan iştirakçılar üçün aşağıdakı əlaqə vasitələri mövcuddur:

 

Məsuliyyətdən imtina 

Gəliş zamanı hava limanında bütün vizaların rəsmiləşdirilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və təhlükəsizlik tələblərinə uyğun olaraq həyata keçirilir. Ölkəyə buraxılma şərtlərinə cavab verməyən şəxslərin ölkəyə girişinə icazə verilməməsi hüququ ev sahibi ölkədə qalır.