İstifadə şərtləri
1. Ümumi şərtlər
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının rəsmi veb saytında (bundan sonra “Platforma” adlandırılır) daxil olaraq və istifadə edərək, Siz bu İstifadə Şərtlərini (bundan sonra “Şərtlər” adlandırılır) oxuduğunuzu və onlara riayət etməyi qəbul etdiyinizi təsdiqləyirsiniz.
Bu Şərtlər Platformaya kompüter, mobil cihaz və ya digər elektron cihazlar vasitəsilə daxil olunmasından asılı olmayaraq bütün İstifadəçilərə tətbiq edilir və Platformada təqdim olunan bütün məzmun, funksiyalar, xidmətlər, qeydiyyat vasitələri və kommunikasiya imkanlarından istifadəni tənzimləyir. Təşkilatçı vaxtaşırı Platformada bu Şərtlərin yenilənmiş versiyasını dərc etməklə dəyişdirə bilər.
2. Haqqında
WUF13 Azərbaycan Əməliyyat Şirkəti (bundan sonra “Təşkilatçı” adlandırılır) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (bundan sonra “WUF13” adlandırılır) təşkili və keçirilməsinə məsul olan qurum olaraq Platformanı idarə edir.
Platforma məlumat təqdim etmək, qeydiyyat linklərinə və iştiraka dair resurslara çıxışı təmin etmək, kommunikasiya imkanlarını asanlaşdırmaq və WUF13 ilə bağlı rəqəmsal materiallara əlçatanlığı təmin etmək məqsədilə yaradılmışdır. Təşkilatçı Platforma vasitəsilə İstifadəçilərin fərdi məlumatlarını toplamır, emal etmir və saxlamır.
3. Platformadan istifadə
Siz Platformadan yalnız aşağıda müəyyən olunmuş qaydada istifadə etməyə razılaşırsınız:
- Müstəsna olaraq qanuni məqsədlər üçün;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq;
- WUF13 Davranış Kodeksinə uyğun, o cümlədən qarşılıqlı hörmətə əsaslanan, inklüziv və ayrı-seçkiliyə yol verməyən davranış nümayiş etdirərək;
- Platformanın təhlükəsizliyinə və fəaliyyətinə müdaxilə etmədən və ya icazəsiz giriş əldə etməyə cəhd etmədən
4. İcazə və giriş hüquqları
Təşkilatçı Sizə Platformaya yalnız bu Şərtlərə uyğun olaraq qeyri-eksklüziv, ötürülməyən və geri götürülə bilən icazə verir. Platforma və onun Məzmunu üzərində heç bir mülkiyyət hüquqları Sizə ötürülmür.
5. Əsas anlayışlar:
Bu Şərtlərin məqsədləri üçün:
- İstifadəçi və ya Siz — Platformaya daxil olan və ya onu istifadə edən hər bir şəxs;
- Məzmun — Platformada təqdim olunan bütün mətnlər, sənədlər, şəkillər, videolar, qrafiklər, loqolar və digər materiallar;
- Üçüncü Tərəf Xidmətləri — Təşkilatçıdan başqa digər hüquqi və ya fiziki şəxslər tərəfindən təqdim olunan və Platformayla bağlantısı olan və ya inteqrasiya edilmiş xidmətlər.
6. Məhdudiyyətlər
Aşağıdakılar qadağandır:
- Platformanın və ya onun Məzmununun hər hansı hissəsini icazəsiz kopyalamaq, yaymaq, dəyişdirmək, kommersiya məqsədilə istifadə etmək;
- Platformanın mənbə kodunu əldə etmək məqsədilə tərsinə mühəndislik tətbiq etmək, dekompilyasiya etmək, proqram kodunu hissələrə ayırmaq və ya bunlara cəhd etmək;
- Müəllif hüquqları, ticarət nişanları və ya digər mülkiyyət bildirişlərini silmək və ya gizlətmək;
- Platformadan qeyri-qanuni, yanıldıcı və ya kommersiya məqsədli təşviqat üçün istifadə etmək.
7. Əqli mülkiyyət
Platforma və onun Məzmunu Təşkilatçı, lisenziar və ya digər qanuni mülkiyyətçilərinə məxsusdur.
Platforma və onun Məzmunu Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən tətbiq olunan beynəlxalq əqli mülkiyyət hüquqları ilə qorunur.
Bu Şərtlər çərçivəsində açıq şəkildə icazə verildiyi hal istisna olmaqla, Məzmunun tam və ya qismən kopyalanması, dəyişdirilməsi, çıxarılması, saxlanması, yayımlanması, paylanması və ya digər formada istifadəsi qadağandır.
8. Üçüncü Tərəf Xidmətləri və xarici linklər
Platforma Üçüncü Tərəf Xidmətlərinə çıxış imkanı yarada bilər. Bu cür Üçüncü Tərəf Xidmətlərinə giriş və ya onlardan istifadə tam şəkildə İstifadəçinin öz riski hesabına həyata keçirilir.
Üçüncü Tərəf Xidmətləri vasitəsilə həyata keçirilən hər hansı qarşılıqlı əlaqə, əməliyyat, qeydiyyat və ya digər fəaliyyət müvafiq üçüncü tərəf xidmət təminatçılarının şərtləri, qaydaları və məxfilik siyasətləri ilə tənzimlənir.
Təşkilatçı Üçüncü Tərəf Xidmətlərini nəzarətdə saxlamır, idarə etmir, istismar etmir və ya monitorinq aparmır, habelə onların məzmunu, düzgünlüyü, mövcudluğu, funksionallığı, təhlükəsizliyi və ya məlumatların emalı ilə bağlı açıq və ya dolayı hər hansı zəmanət və ya öhdəlik vermir. Təşkilatçı İstifadəçinin Üçüncü Tərəf Xidmətlərinə çıxışı və ya onlardan istifadəsi ilə əlaqədar yaranan hər hansı zərər və ya məsuliyyətə görə cavabdeh deyildir.
9. Kukilər
Platforma İstifadəçi təcrübəsini artırmaq və veb-saytın texniki fəaliyyətini analiz etmək üçün kukilər və ya oxşar texnologiyalardan istifadə edə bilər. Kukilərin tətbiqi çərçivəsində fərdi məlumatlar toplanmır. İstifadəçilər kuki bildirişində göstərilən seçimlər vasitəsilə öz kuki parametrlərini idarə edə bilər.
10. Platformada dəyişikliklər və əlçatanlıq
Təşkilatçı öz mülahizəsi əsasında, İstifadəçini əvvəlcədən xəbərdarlıq etmədən və hər hansı məsuliyyət daşımadan Platformanı tam və ya qismən dəyişdirmək, müvəqqəti və ya daimi olaraq dayandırmaq hüququnu özündə saxlayır. Bu Şərtlərin pozulması hallarında İstifadəçinin Platformaya çıxışı məhdudlaşdırıla və ya dayandırıla bilər.
11. Zəmanətin verilməməsi
Platforma “olduğu kimi” və “mövcud vəziyyətdə” təqdim olunur. Təşkilatçı qanunun icazə verdiyi dərəcədə bütün açıq və dolayısı ilə verilən zəmanətdən imtina edir, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, Məzmunun dəqiqliyi, etibarlılığı, mövcudluğu və ya müəyyən məqsədə uyğunluğuna dair hər hansı zəmanət vermir və ya öhdəlik götürmür.
12. Məsuliyyətin məhdudlaşdırılması
Təşkilatçı Platformanın istifadəsindən və ya istifadəsinin mümkünsüzlüyündən yaranan hər hansı birbaşa, dolayı, təsadüfi və ya törəmə zərərlərə görə məsuliyyət daşımır.
13. Tətbiq olunan hüquq və mübahisələrin həlli
Bu Şərtlər və onlarla bağlı yaranan hər hansı mübahisə Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Danışıqlar yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən həll edilir.
14. Əlaqə
Bu Şərtlərlə bağlı hər hansı sualınız yarandığı təqdirdə info@wuf13.az ünvanına müraciət edə bilərsiniz.