MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Media Akkreditasiyası

Media akkreditasiyası yalnız BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş və etibarlı media təşkilatını təmsil edən peşəkar jurnalistlər və media (çap mediası, foto, radio, televiziya, film, xəbər agentlikləri və onlayn media) nümayəndələri üçün nəzərdə tutulub.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) onlayn qeydiyyat sistemi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) media akkreditasiyasının əldə edilməsi üçün yeganə rəsmi platformadır.

Bütün media nümayəndələri öz müraciət ərizələrini yalnız bu qeydiyyat platforması üzərindən təqdim etməlidirlər.

Onlayn qeydiyyat sisteminə daxil olmaq üçün wuf.unhabitat.org/media veb-saytına keçid etməyiniz xahiş olunur.

Müraciət edən tərəfin ərizəsi təsdiqləndikdən sonra ona WUF13 üçün media akkreditasiyasının təsdiqini bildirən rəsmi məktub göndəriləcək.

Prosedurla bağlı daha ətraflı məlumat üçün bu linkə keçid edin.

Media akkreditasiya üzrə “Tez-tez verilən suallar” bölməsində ən çox səsləndirilən sualların cavablandırılması ilə yanaşı, WUF13 tədbirində iştirak edəcək media nümayəndələri üçün əsas prosedur və tələblərlə bağlı ətraflı məlumat verilir.

WUF13 tədbirinə böyük maraq göstərildiyini nəzərə alaraq, media peşəkarlarına müraciətləri mümkün qədər tez təqdim etmək tövsiyə olunur. 

Hər bir media qurumu akkreditasiya siyahısında yalnız WUF13-ün işıqlandırılmasına məsul olan əməkdaşların adlarını qeyd etməlidir.

Media akkreditasiyası ilə bağlı daha ətraflı məlumat üçün unhabitat-media@un.org elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.