MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Xəbərlər

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb
Mayın 22-də Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.
23 may 2026
Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib
2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.
22 may 2026
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib
Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.
20 may 2026
BMT-nin yeni hesabatına əsasən, qlobal mənzil böhranı dünya əhalisinin demək olar ki, yarısına təsir göstərə bilər
BMT-nin yeni hesabatına əsasən, dünya əhalisinin təxminən 40 faizi, yəni 3 milyard insan qeyri-münasib qiymətlər, mənzil çatışmazlığı, aşağı keyfiyyətli yaşayış şəraiti, eləcə də su və sanitariya kimi əsas kommunal şəhər xidmətlərinə çıxışın məhdudluğu ilə nəticələnən münasib mənzil böhranı ilə üzləşir.
19 may 2026