MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.
12 may 2026
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün dayanıqlı layihə idarəetməsi mövzusunda interaktiv təlim keçirilib
8 may tarixində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində gənclərin dayanıqlı şəhər inkişafına cəlb olunması məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Qarabağ Universitetinin tələbələrinə Forumun məqsədləri, ölkəmiz üçün əhəmiyyəti, eləcə də gənclər üçün maraq doğuran mövzular barədə ətraflı məlumat verilib.
09 may 2026
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək
11–17 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində paytaxtımızında “Bakı şəhərsalma həftəsi” təşkil olunacaq. Bakı şəhərinin müxtəlif məkanlarında eyni anda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
08 may 2026