MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Əlçatanlıq və İnklüzivlik

Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionu

WUF13 bütün iştirakçılar üçün inklüziv və əlçatan mühitin təmin olunmasına xüsusi önəm verir. Tədbir məkanı əlçatanlıq prinsipləri əsasında layihələndirilib və hər kəsin rahat, təhlükəsiz və maneəsiz hərəkəti üçün zəruri infrastrukturla təchiz olunub. Məkan boyunca aydın istiqamətləndirici nişanlar, panduslar, liftlər, əlçatan sanitar qovşaqları və taktil yollar mövcuddur.

Bundan əlavə, iştirakçılara dəstək göstərmək üçün fəaliyyət göstərən əlçatanlıq üzrə könüllülər qollarındakı xüsusi qolbaqlar vasitəsilə asanlıqla tanına bilərlər.

Sakit otaqlar

Sakit otaqlar

WUF13 məkanında koqnitiv əlilliyi olan şəxslər, eləcə də səs-küylü və ya gərgin mühitdən uzaqlaşıb istirahət etmək istəyən iştirakçılar üçün iki sakit otaq nəzərdə tutulub. Bu otaqlardan istifadə etmək istəyən şəxslər B zonasındakı məlumat və yardım masasına müraciət edə bilərlər.  

Sakit otaqlar A və B zonalarında yerləşir. Hər bir otağın sahəsi 20 kvadratmetrdir və burada rahat mebel, yumşaq işıqlandırma, səssiz və dəstəkləyici mühit təmin olunmuşdur. Bu məkanlar fasilələri zamanı dincəlmək və rahatlamaq üçün nəzərdə tutulmuşdur.

Təkərli oturacaq istifadəçiləri

Təkərli oturacaq istifadəçiləri

WUF13 məkanı təkərli oturacaq istifadəçiləri üçün tam əlçatandır və tədbirin bütün ərazilərində rahat hərəkət imkanı yaradır. Bütün hərəkət marşrutları, giriş və çıxışlar beynəlxalq əlçatanlıq standartlarına uyğun panduslar və liftlərlə təchiz olunub.

Əlilliyi olan iştirakçılar üçün əsas giriş zonasında xüsusi qeydiyyat masası fəaliyyət göstərəcək.  

A zonasında təkərli oturacaqlar üçün ilkin baxış və əsas texniki dəstək xidmətləri təqdim edən təmir məntəqəsi yerləşir. Elektriklə işləyən təkərli oturacaqlar üçün daşınan enerji stansiyaları sorğu əsasında təmin olunacaq. Həmçinin, məkan daxilində müvəqqəti istifadə üçün ehtiyat təkərli oturacaqlar da mövcuddur.  

Təkərli oturacaq istifadəçiləri üçün beynəlxalq standartlara cavab verən əlçatan sanitar qovşaqlar məkanın müxtəlif hissələrində yerləşir. İaşə zonaları da onların istifadəsi üçün uyğun şəkildə təşkil olunmuşdur.

Aeroport, hotellər və tədbir məkanı arasında gediş-gəliş üçün əlçatan nəqliyyat vasitələri olan avtobuslar və taksilər (Bakı taksiləri) mövcuddur.

Görmə məhdudiyyətli iştirakçılar

Görmə məhdudiyyətli iştirakçılar

WUF13 məkanı görmə məhdudiyyəti olan iştirakçıların rahat və təhlükəsiz şəkildə istiqamətlənməsi üçün inklüziv dizayn prinsipləri əsasında qurulmuş, müxtəlif köməkçi alətlər və həllər ilə təchiz olunmuşdur.

Əsas girişdə taktil xəritə yerləşdirilmişdir. Brayl əlifbası ilə hazırlanmış broşürlər və məlumat materialları A zonasında yerləşən yardım masasından əldə edilə bilər. Bukletlər Azərbaycan və ingilis dillərində təqdim olunur.

Məkan daxilində qapılar və əsas obyektlər Brayl yazılı nişanlarla təchiz olunmuşdur. Həmçinin, WUF13-ün rəsmi vebsaytı da görmə məhdudiyyəti olan istifadəçilər üçün əlçatan şəkildə hazırlanmışdır.

Təhlükəsizlik və görünürlüğü artırmaq məqsədilə şəffaf qapılarda yüksək kontrastlı işarələrdən istifadə olunmuş, pandus və pilləkənlərin başlanğıc və son hissələri sarı stikerlərlə işarələnmişdir. Stadion ərazisi boyunca taktil yollar quraşdırılmış və audio naviqasiya sistemi tətbiq edilmişdir.

Tədbir məkanı bələdçi itlər üçün tam əlçatandır və bələdçi itlərlə girişə icazə verilir. İştirakçılardan müvafiq sənədlərin təqdim olunması və təhlükəsizlik qaydalarına uyğun şəkildə ağızlıq taxılması xahiş olunur.

 

Xidmət/Bələdçi itlər

Xidmət/Bələdçi itlər

WUF13 məkanında xidmət və bələdçi itlər üçün xüsusi olaraq ayrılmış üç açıq hava istirahət zonası mövcuddur. Bu zonalar xidmət heyvanlarının təhlükəsiz, rahat mühitdə dincəlməsi və ehtiyaclarını qarşılaması üçün nəzərdə tutulmuşdur:

  • A zonasında – birinci istirahət zonası
  • C zonasında – ikinci istirahət zonası
  • D zonasında – üçüncü istirahət zonası

Əvvəlki WUF tədbirlərindən fərqli olaraq, WUF13 məkanında xidmət və bələdçi itlər üçün əlavə olaraq B zonasında xüsusi baytarlıq xidməti də fəaliyyət göstərəcəkdir. Bu məkan xidmət heyvanlarının müayinəsi və zərurət olduqda ilkin tibbi yardım üçün nəzərdə tutulmuşdur.

Bu yanaşma həm heyvanların rifahını qoruyur, həm də iştirakçıların tədbir müddətində özlərini daha rahat hiss etməsinə dəstək verir.

Eşitmə və nitq məhdudiyyəti olan iştirakçılar

Eşitmə və nitq məhdudiyyəti olan iştirakçılar

WUF13 eşitmə və nitq məhdudiyyəti olan şəxslərin tam iştirakını təmin etmək üçün zəruri xidmətlər və texnologiyaları təqdim edir:

  • Azərbaycan və ingilis dillərinə işarə dili tərcüməsi;
  • Portativ induksiya qulaqcıqları (A zonasında yerləşən əlçatanlıq yardım masasında)
  • CART (Real vaxtda kommunikasiya tərcüməsi) sistemi.

Bu xidmətlər sessiyalar, müzakirələr və şəbəkələşmə imkanlarının hər kəs üçün mümkün qədər əlçatan və inklüziv olmasını təmin edir.

Koqnitiv əlilliyi olan iştirakçılar

Koqnitiv əlilliyi olan iştirakçılar

WUF13 koqnitiv əlilliyi olan şəxslərin rahat iştirakını dəstəkləyir.

Məkan daxilində iki sakit otaq mövcuddur. Bu otaqlar fasilə və istirahət üçün nəzərdə tutulmuşdur.

“Günəbaxan” bilərzikləri yardım masasından könüllü şəkildə əldə edilə bilər. Bu bilərzikləri daşıyan şəxsin əlavə dəstəyə, vaxta və ya əməkdaşlardan və könüllülərdən anlayışa ehtiyacı ola biləcəyini göstərir.

Bütün WUF13 əməkdaşları və könüllüləri görünməyən əlilliyi olan iştirakçılara dəstək göstərmək üçün təlim keçmişdir. “Günəbaxan” bilərziklərindən istifadə istəyə bağlıdır.

Nəqliyyat

Nəqliyyat

WUF13 tədbirində rahat və maneəsiz daşınmanı təmin etmək üçün əlçatan nəqliyyat vasitələri təqdim olunacaq.

Hərəkəti təmin etmək üçün əlçatan avtobuslar, taksilər (o cümlədən Bakı Taksi) və metro xidməti mövcud olacaq.

İştirakçıların daşınmasında istifadə olunan nəqliyyat vasitələri beynəlxalq əlçatanlıq standartlarına cavab verəcək, təkərli oturacaq istifadəçiləri və digər əlçatanlıq ehtiyacı olan şəxslər üçün təhlükəsiz və rahat hərəkət təmin ediləcək.

Bakı Metrosunun əlçatanlığı ilə bağlı məlumat üçün: www.metro.gov.az/az/page/muddealar/elcatan-metro

Məkan yaxınlığında əlçatan enmə və düşmə nöqtələri mövcuddur. WUF13 tərəfindən təqdim olunan bütün nəqliyyat xidmətlərində bələdçi itlərin girişinə icazə veriləcək.

 

Əlçatan taksi xidməti

Əlçatan taksi xidməti

WUF13 yalnız qeydiyyatdan keçmiş təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz əlçatan taksi xidməti təqdim edir. Bu xidmət hava limanı, hotellər və tədbir məkanı arasında rəsmi marşrutlarda fəaliyyət göstərir.

Taksi xidmətindən istifadə qaydası:

  1. Gəliş zamanı (Hava limanı → Hotel / Tədbir məkanı): Hava limanında əməkdaşlar sizi qarşılayacaq, WUF13 məlumat masasına yönləndirəcək və taksi kuponu təqdim edəcəklər.
  2. Hotel → Tədbir məkanı və ya Tədbir məkanı → Hotel üçün taksi sifarişi:Səfərdən ən azı 1 saat əvvəl “Əlçatanlıq qaynar xətti” ilə telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlayın. Taksi sifariş etdiyiniz ünvana qeyd olunan vaxtda təqdim olunacaq.
  3. Hava limanına gediş (Hotel → Hava limanı və ya Tədbir məkanı → Hava limanı): Hoteldən yola düşmək üçün ən azı 24 saat əvvəl, tədbir məkanından isə ən azı 1 saat əvvəl “Əlçatanlıq qaynar xətti” ilə əlaqə saxlayın. Taksi sizi təyin olunmuş vaxtda götürərək hava limanına vaxtında çatdıracaq.

Qeyd: Taksi xidməti yalnız təkərli oturacaq istifadəçiləri üçün ödənişsizdir, yalnız rəsmi marşrutlar üzrə mövcuddur və əvvəlcədən sifariş tələb edir (hava limanına gəliş istisnadır).

Hər hansı sual və ya əlçatanlıqla bağlı dəstək üçün WUF13 əlçatanlıq komandası ilə əlaqə saxlaya bilərsiniz:


📧accessibility@wuf13.az
📱 +994 55 125 42 22 (zəng və ya WhatsApp)

Bakı metrosunda əlçatanlıq ilə bağlı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://metro.gov.az

Nəzərinizə çatdırırıq ki, metropolitenə bələdçi itlərlə giriş qadağandır.

Əlçatanlıq metropoliten xidmətlərini sifariş etmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın:

+994 50 268 00 65