MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Logistika

WUF13 logistika bələdçisi ətraf mühitə təsirləri azaltmaqda sizə kömək edəcək ekoloji baxımdan təmiz nəqliyyat seçimləri və tədbirin keçirildiyi məkan üzrə məlumatlar daxil bütün zəruri informasiyanı özündə toplayıb.

Yük göndərişləri bələdçisi və Tarif Kartı

Yük göndərişləri bələdçisi

“Yük göndərişləri bələdçisi” malların xarici ölkələrdən Azərbaycanda keçiriləcək WUF13-ə gətirilməsi üçün tələb olunan proseduru ətraflı və mərhələli şəkildə təsvir edir.

Tarif Kartı

Tarif kartı WUF13 logistika üzrə tərəfdaş qismində çıxış edən “Caspian Freight Services” şirkətinin WUF13 üçün təmin etdiyi xidmət və tarifləri əks etdirir. Bu xidmət və tariflər 20 aprel 2026-cı il tarixindən 31 may 2026-cı il tarixinə qədər qüvvədə olacaq.

Xidmətlərin siyahısı

  • Bütün nəqliyyat növləri ilə qlobal yük daşımaları
  • Yerlərdə “Caspian Freight Services” şirkətinin logistika üzrə dəstək masası / logistika komandası
  • Son anda daxil olan təcili xidmət sorğularının idarə edilməsi
  • Mexaniki qaldırma-daşıma və yükləmə-boşaltma avadanlıqlarının təmin edilməsi
  • Anbar və inventarların idarə edilməsi üzrə xidmətlər
  • Gömrük rəsmiləşdirilməsi, idxal və geriyə ixrac xidmətləri
  • İdxalı məhdudlaşdırılan mallar üçün icazələrin alınması
  • Birbaşa tədbir məkanına çatdırılma
  • Tədbir zamanı boş taraların idarə olunması və anbarda saxlanılması
  • Qablaşdırma materiallarının təmin edilməsi, mühafizə və texniki təhlükəsizlik etiketlərinin vurulması
  • Qeyri-standart mal kateqoriyalarının (kövrək, yüksək dəyərli, tez xarab olan və iri qabaritli yüklərin) idarə edilməsi
  • Kiçik bağlamaların/paketlərin kuryerdən qəbulu və alıcısına çatdırılması

Əlaqə

WUF13 Logistika Komandası: Logistics@wuf13.az

Caspian Freight Services MMC H.Əliyev Prospekti, 515, 
Suraxanı qəsəbəsi AZ 1128, Bakı, Azərbaycan
www.cfs.az 
Tel: + (994) 51 850 27 27
wuf13@cfs.az