Qonaqlama
WUF13-ün ev sahibi Bakı şəhəri ölkəyə səfər edəcək qonaqlar üçün geniş çeşidli qonaqlama imkanları təklif edir.
Beşulduzlu hotel, mənzil tipli məkan seçimizdən asılı olmayaraq paytaxt Bakı şəhəri sizi xüsusi qonaqpərvərliklə qarşılayacaq!
WUF13 iştirakçılarının qonaqlama prosesinin təşkili və idarə edilməsi BMT ilə iş təcrübəsi olan Rezervasiya Platforması (accommodation.wuf13.az) vasitəsiylə olacaq.
WUF13 rezervasiya platforması birulduzlu hotellərdən beşulduzlu hotellərə, kurortlar və kirayə mənzillərinə qədər hər büdcəyə uyğun geniş seçim imkanları təqdim edir.
Tədbirin vaxtı yaxınlaşdıqca seçimlərin məhdudlaşa biləcəyini nəzərə alaraq, erkən rezervasiya etmək tövsiyə olunur.
İştirakçılar sabit qonaqlama qiymətlərini, eləcə də hava limanında qarşılama/yolasalma və gündəlik transfer xidmətlərini təklif edən mərkəzi rezervasiya platforması sayəsində səfərlərini büdcələrinə əlavə xərclər olmadan planlaşdıra bilərlər.
Adam sayı çox olan nümayəndə heyətlərinə qrup rezervasiyası (9 və ya daha çox otaq) üçün birbaşa WUF13-ün Qonaqlama komandası ilə əlaqə saxlamaq tövsiyə olunur (accommodation@wuf13.az).
Qonaqlama ilə bağlı suallar üçün accommodation@wuf13.az elektron poçtu və ya (+994 55) 1254200 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.