MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

İncəsənət və Muzeylər

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nizami küçəsində yerləşən bu əzəmətli bina Barokko, Rokoko və Əndəlüs memarlıq üslublarının elementlərini özündə birləşdirir. Mayılov qardaşları tərəfindən 1911-ci ildə inşa edilmiş binanın maraqlı tarixçəsi var, belə ki, bina qardaşlardan birinin qastrola gələn soprano müğənniyə aşiq olmasından və xanımın Bakıda uyğun opera teatrı olmadığı üçün bura qayıtmaqdan imtina etməsindən sonra cəmi 10 aya tikilmişdir.

Bu gün burada “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Arşın mal alan” və “Koroğlu” kimi klassik Azərbaycan şah əsərlərini, həmçinin xarici opera və balet tamaşalarını izləmək mümkündür.

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Filarmoniya bağında yerləşən bu nəfis, açıq sarı rəngli bina Avropa memarlığından, xüsusən məşhur Monte Karlo kazinosunun memarlıq üslubundan ilhamlanaraq inşa edilmişdir. 1910–1912-ci illərdə Bakı neft bumunun ən yüksək dövründə inşa edilmiş bu bina əvvəlcə şəhər elitasının sosial görüş və istirahət məkanı kimi xidmət göstərmişdir. 1920-ci ildən sonra yerli musiqi ansamblları və orkestrlər tərəfindən istifadə edilən bu bina 1936-cı ildən etibarən Filarmoniya binası kimi fəaliyyət göstərir.

Bu gün də burada mütəmadi olaraq konsertlər keçirilir və bu məkan həm milli, həm də klassik Azərbaycan musiqisini dinləmək üçün ən gözəl guşələrdən biridir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Bakının ən mərkəzi hissəsində yerləşən və Bulvara baxan bu binanın tarixi əsrin sonlarından bu günə qədər Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. 2011-2013-cü illərdə yenidən qurulan teatr (1883-cü ildəki inqilabdan əvvəlki Azərbaycandan başlayaraq) Sovet illərini və 1991-ci ildən sonrakı müstəqillik dövrünü əhatə edən üç dövrün musiqi hərəkatının rəmzidir. 

Üzeyir Hacıbəyli, 1909-cu ildə yazdığı “Ər və arvad” tamaşasını 1910-cu ildə səhnələşdirilərək Azərbaycanda musiqili teatrın əsasını qoymuşdur. Yarandığı andan günümüzədək teatr bir çox tanınmış simalar yetişmişdir. Bu gün ziyarətçilər Azərbaycanin yeni və ənənəvi musiqili tamaşalarından və binanın nəfis interyerindən zövq ala bilərlər.

Beynəlxalq Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzi

Muğamın kökləri Şərq musiqi mədəniyyətinin dərinliklərinə gedib çıxır. Bu bənzərsiz janr əsrlər boyu nəsildən-nəslə ötürülən bir xəzinə olmuşdur. 2003-cü ildə UNESCO tərəfindən şah əsəri elan olunan, 2008-ci ildə isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilən muğamın əhəmiyyəti qlobal səviyyədə qəbul edilir və Azərbaycan onun beşiyi hesab olunur. Bu ehtiram təkcə janrın tarixi əhəmiyyətini deyil, həm də onun bugünkü mədəni mənzərəyə davamlı təsirini vurğulayır. 

Azərbaycanda muğam ənənəsi Qarabağda, xüsusilə də Şuşada müxtəlif dövrlərdə keçirilən musiqi festivalları ilə daha da zənginləşmişdir. Bu məclislər muğamın incəliklərini araşdırmaq üçün şairlər, musiqiçilər və ziyalıların bir araya gəldikləri yaradıcılıq görüşləri idi.