Proqramın icmalı
WUF13 tədbirinə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Azərbaycan Hökuməti və digər maraqlı tərəflərin əməkdaşlığı çərçivəsində təşkil olunan açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi daxildir.
Bununla yanaşı, WUF13 çərçivəsində “DİM-lər fəaliyyətdə”, “Vahid BMT”, “Şəhərlərin səsi”, “Şəbəkələşmə tədbirləri”, “WUF Akademiyası”, “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı” kateqoriyaları üzrə tərəfdaş tədbirləri keçiriləcək, “Urban Expo” sərgilərində iştirak üçün imkan yaradılacaqdır.