Şəhərdaxili nəqliyyat
Qlobal ideyaların və şəhər innovasiyalarının bir araya gəldiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edən Bakı şəhərinə xoş gəlmisiniz. WUF13 iştirakçılarının rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə səmərəli, əlçatan və dayanıqlı nəqliyyat həllərini əhatə edən geniş nəqliyyat strategiyası hazırlanmışdır.
WUF13 iştirakçıları üçün nəzərdə tutulmuş nəqliyyat planlaması ilə tanış olmaq üçün aşağıdakı videoya keçid edə bilərsiniz.
İctimai nəqliyyat
Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsi metro, avtobus, dəmir yolu, taksi və mikromobillik xidmətlərini özündə birləşdirərək WUF13 iştirakçıları üçün şəhər daxilindərahat, səmərəli və dayanıqlı hərəkət imkanları təqdim edir.
Ətraflı məlumat üçün İctimai Nəqliyyat Bələdçisi ilə tanış ola bilərsiniz.
WUF13 nəqliyyat sistemi
WUF13 müddətində iştirakçıların şəhər daxilində hərəkətini təmin etmək və tədbir məkanına birbaşa çıxışı asanlaşdırmaq məqsədilə inteqrasiya olunmuş nəqliyyat sistemi hazırlanmışdır. Xüsusi müntəzəm avtobus xidmətləri Bakı şəhərinin mövcud ictimai nəqliyyat şəbəkəsi ilə əlaqələndirilərək tədbir müddətində rahat, təhlükəsiz və əlçatan nəqliyyat imkanları təmin edir.
Qeyd: WUF13 tədbiri zamanı təqdim olunan müntəzəm avtobus xidmətləri akkreditasiyadan keçmiş iştirakçılar üçün ödənişsizdir.
WUF13 nəqliyyat sistemi çərçivəsində aşağıdakı nəqliyyat xidmətləri təqdim olunur:
- Hava limanını şəhərin əsas nəqliyyat qovşaqları ilə birləşdirən və 24/7 fəaliyyət göstərən 6 müntəzəm avtobus xətti; (Bu xidmətə, WUF13 tədbir məkanında dayanacağı olan Nərimanov marşrutu üzrə hərəkət edən avtobuslar da daxildir.)
- WUF13 tədbir məkanı ilə əsas qonaqlama ərazilərini birləşdirən 9 nəqliyyat mübadilə mərkəzi.
- Məhdud hərəkət imkanlarına malik iştirakçılar üçün əlçatan taksi xidmətləri.
Ətraflı məlumat üçün WUF13 Nəqliyyat Bələdçisi ilə tanış ola bilərsiniz.
WUF13 Nəqliyyat Şəbəkəsi xəritəsi ilə tanış olun.
Rəqəmsal nəqliyyat xəritəsi
WUF13 rəqəmsal nəqliyyat xəritəsi, tədbir müddətində iştirakçıların Bakı şəhəri daxilində səfərlərini rahat və effektiv şəkildə planlaşdırmasına imkan verən interaktiv naviqasiya platformasıdır.
Platforma vasitəsilə iştirakçılar WUF13 şəhərdaxili müntəzəm avtobus şəbəkəsi, nəqliyyat mübadilə mərkəzləri, rəsmi hotellər, tədbir məkanına giriş nöqtələri və müntəzəm avtobusların hərəkət cədvəlləri barədə real vaxt rejimində məlumat əldə edə bilirlər. Eyni zamanda hava limanı, qonaqlama zonaları, nəqliyyat mübadilə mərkəzləri və WUF13 tədbir məkanı arasında marşrut planlaşdırmaq, ən yaxın dayanacaqları müəyyən etmək və ən uyğun səyahət variantını seçmək mümkündür.
- Rəqəmsal nəqliyyat xəritəsi: map.wuf13.az
- WUF13 rəqəmsal nəqliyyat xəritəsinin istifadə qaydası ilə tanış olun: