MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Ümumdünya Şəhərsalma Forumunun məqsədləri:

• Maraqlı tərəflər və həmfikir qruplar, o cümlədən geniş ictimaiyyət arasında davamlı şəhərsalma ilə bağlı məlumatlılığı artırmaq;

• Açıq və inklüziv müzakirələrlə yanaşı, qabaqcıl təcrübə və siyasətlərin, eləcə də qazanılmış təcrübələrin mübadiləsi sayəsində dayanıqlı şəhər inkişafı üzrə kollektiv biliyi təkmilləşdirmək;

• Dayanıqlı şəhərsalmanın inkişafı və həyata keçirilməsində iştirak edən müxtəlif maraqlı tərəflər və həmfikir qruplar arasında əməkdaşlığı və birgə fəaliyyəti təşviq etmək.

2016-cı ildə Ekvadorun Kito şəhərində BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı Konfransı keçirilmiş və bu tədbirdə Ümumdünya Şəhərsalma Forumunun məqsədlərinə uyğun olaraq Yeni Şəhərsalma Gündəliyi qəbul edilmişdir.

HAQQIMIZDA

Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır.

Baxış

Anaklaudia Rossbax

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) baş katibinin müavini və icraçı direktoru
"Tədbir çərçivəsində biz mənzil təminatı, torpaqdan istifadə, şəhərsalma, idarəetmə və iştirakçılıq kimi mühüm problemləri müzakirə edəcəyik. Biz müxtəlif maraqlı tərəflərin fikirlərini dinləməklə yanaşı, hamı üçün əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, bərpa və yenidənqurma prosesləri, habelə iqlim davamlılığının gücləndirilməsi məqsədilə atılacaq addımların müəyyənləşdirilməsi kimi əsas məsələlərə toxunacağıq. Bununla yanaşı, biz qlobal mənzil böhranının yaratdığı problemlərlə bağlı daha effektiv həll variantları üçün güclü koalisiyalar qurmalıyıq."

Ümumdünya Şəhərsalma Forumu bütün dünyada dayanıqlı şəhərsalma üzrə yüksək səviyyəli konfransdır.

Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlamışdır və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar rəsmən elan edilmişdir. Qlobal əhəmiyyətli bu tədbir 17–22 may 2026-cı il tarixlərində baş tutacaq.