Hava limanı transferləri
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində beynəlxalq iştirakçıların, eləcə də BMT qurumları, tərəfdaşlar və digər qonaqların Bakıda rahat hərəkətini təmin etmək üçün inteqrasiya olunmuş nəqliyyat sistemi 24/7 rejimində fəaliyyət göstərəcək.
WUF13 iştirakçıları Bakıya çatdıqdan sonra hava limanı ilə şəhərin əsas nəqliyyat qovşaqları arasında hərəkət etmək üçün bir neçə nəqliyyat seçimindən istifadə edə biləcəklər:

Hava limanının H1 ekspress avtobus xidmətləri
Hava limanının ekspress (H1) avtobusları 24/7 rejimində fəaliyyət göstərməklə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunu şəhərin əsas qovşaqları, o cümlədən Dəmiryol Vağzalı və “Koroğlu” metro stansiyası ilə birbaşa əlaqələndirir. Bu xidmət bütün sərnişinlər üçün sürətli və rahat hərəkət imkanı yaradır.
WUF13 üçün xüsusi nəqliyyat xidmətləri
Hava limanının ekspress avtobus xidmətlərindən əlavə, WUF13 akkreditasiyası olan (əgər akkreditasiya vəsiqəsi hələ verilməyibsə, onlayn qeydiyyatı təsdiq edən məktub əvəzedici sənəd kimi qəbul edilir) iştirakçılar üçün müxtəlif istiqamətlərdə xüsusi ekspress marşrut xidmətləri də təmin olunacaq.
Hava limanının taksi xidmətləri və fərdi sərnişindaşıma
24/7 rejimində xidmət göstərən rəsmi lisenziyalı aeroport taksiləri şəhərin müxtəlif istiqamətlərinə rahat çatdırılmanı təmin edəcək. Bu taksiləri Terminal 1-də yerləşən xüsusi taksi məntəqəsindən və ya rəqəmsal platforma üzərindən sifariş etmək mümkündür.
Avtomobil icarəsi:
Əgər Azərbaycanda səfərdə olduğunuz müddətdə şəxsi avtomobilə üstünlük verirsinizsə, hava limanında fəaliyyət göstərən bir neçə beynəlxalq avtoicarə şirkətinin xidmətindən yararlana bilərsiniz.