MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Təşkilat Komitəsinin növbəti iclası keçirilib

11 dekabr 2025

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

İclas zamanı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Azərbaycanda bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib. 

Daha sonra Təşkilat Komitəsinin üzvləri ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlərlə bağlı prioritet məsələləri müzakirə ediblər.

11 dekabr 2025