Komitə sədri Anar Quliyev COP30-da Şəhərsalma Günü çərçivəsində Nazirlər İclasına qatılıb
İclas zamanı şəhər siyasəti və iqlim təsirləri arasındakı əlaqənin əhəmiyyəti xüsusi vurğulanıb.
Aparılan müzakirələr ötən il Azərbaycanın COP29-a ev sahibliyi etməklə çoxsəviyyəli əməkdaşlığın qlobal iqlim gündəliyinin mərkəzinə gətirdiyi mühüm məsələləri bir daha önə çəkib. Ölkələr, şəhərlər və beynəlxalq platformalar arasında əməkdaşlığı gücləndirmək üçün iki əsas təşəbbüs – Çoxsəviyyəli Fəaliyyət Yolu (MAP) və Bakı Davamlılıq Koalisiyasının təqdim edildiyi xatırlanıb. Bu təşəbbüslər iqlim və şəhərsalma gündəlikləri arasında daha güclü əlaqələrin qurulması üçün vacib təməl kimi qiymətləndirilib.
Bu istiqamətdə növbəti addımların 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda WUF13 təqdim ediləcəyi nəzərdə tutulur.
“Bakıdan Belemə və yenidən Bakıya – insanlar, şəhərlər və icmalar arasında inklüziv və dayanıqlı gələcək naminə əməkdaşlıq zənciri formalaşır,” – deyə Anar Quliyev qeyd edib.