MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Anar Quliyev COP30 çərçivəsində Braziliyanın şəhərlər naziri cənab Jader Filho ilə görüşüb

11 noyabr 2025

Noyabrın 11-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem şəhərində keçirilən COP30 çərçivəsində Braziliyanın şəhərlər naziri cənab Jader Filho ilə məhsuldar görüş keçirib.

Komitə sədri Braziliya tərəfini COP30-un uğurlu təşkili münasibətilə təbrik edərək, bu ölkənin qlobal iqlim və şəhərsalma gündəliklərinin əlaqəli inkişafında fəal rolunu vurğulayıb.

Görüş zamanı dayanıqlı şəhər inkişafı və inklüziv iqlim həlləri istiqamətində daha sıx əməkdaşlıq imkanları müzakirə edilib. Anar Quliyev Braziliya tərəfini böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək WUF13-də iştirak etməyə dəvət edərək, bu mühüm qlobal platformanın dayanıqlı, innovativ və insan mərkəzli şəhərlərin gələcəyinin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

11 noyabr 2025