MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Anar Quliyev COP30 çərçivəsində “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda yüksəksəviyyəli dəyirmi masada iştirak edib

12 noyabr 2025

Noyabrın 12-də Komitə sədri Anar Quliyev COP30 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusuna həsr olunan yüksəksəviyyəli dəyirmi masada iştirak edib.

Anar Quliyev Mənzil və İqlim böhranlarının aradan qaldırılmasında çoxsəviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Böyük Qayıdış proqramının uğurlu təcrübəsini bölüşərək, azad olunmuş ərazilərin iqlimə davamlı bərpasında “ağıllı” və “yaşıl” şəhər prinsiplərinin əsas götürüldüyünü qeyd edib.

Bakı Davamlılıq Koalisiyası və BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda Azərbaycanın həmsədrlik roluna toxunan Komitə sədri mənzil təminatının həm insan hüququ, həm də iqlim davamlılığı baxımından mühüm amil olduğunu bir daha diqqətə çatdırıb.

Anar Quliyev 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində bütün tərəfdaş ölkələri yalnız tikinti yox, həm də həyat keyfiyyəti baxımından inkişaf edən şəhərlər qurmaq üçün birgə əməkdaşlığa dəvət edib.

 

12 noyabr 2025