MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

İncəsənət İllüminasiyası: Təzhib / Tazhib / Zarhalkori / Tezhip / Naqqoshlik

02 yanvar 2026

Təzhib əlyazmaları xəttatlıq nümunələrini və miniatürləri qızıl vərəq və əlvan təbii boyalarla bəzəmək üçün istifadə olunan dekorativ sənət növüdür. Bu sahənin ustaları rəmzi mənalar daşıyan dəqiq həndəsi və nəbati naxışlar yaradırlar. Tarixən dini və ədəbi mətnlərlə əlaqələndirilsə də, bu gün bu sənət müasir incəsənət nümunələrinin yaradılması, həmçinin tarixi əlyazmalar və mədəni obyektlərin bərpası üçün vacib olaraq qalır.

İncəsənət İllüminasiya nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2023-cü ildə daxil edilib. Nominasiyaya Azərbaycan, İran İslam Respublikası, Türkiyə, Tacıkistan və Özbəkistan qoşulub.

02 yanvar 2026