Azərbaycan Respublikasında ənənəvi xalçaçılıq sənəti
Xalçaçılıq xüsusi naxış, rəng və toxuma texnikaları ilə seçilən regional xalçaçılıq məktəblərinin xarakterizə etdiyi və Azərbaycan üçün böyük mədəni əhəmiyyətə malik olan ənənəvi sənətdir. Xalça sadəcə döşəmə örtüyü deyil və yerli atalar sözündə deyildiyi kimi, ev və ailə rəmzidir: “Xalçam haradadırsa, evim də oradadır”.
Proses bütün ailəni əhatə edir – kişilər yazda qoyunların yununu qırxır, qadınlar isə təbii boyaları toplayaraq qış aylarında mürəkkəb həndəsi və nəbati naxışlar toxuyurlar. Müxtəlif sosial funksiyaları yerinə yetirən xalçalar toylarda, eləcə də doğum günləri və yas mərasimlərində istifadə olunmaqla yanaşı, yerli icmaların tarixini və həyat tərzini özündə əks etdirir.
Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.