MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Marionet Teatrı

15 may 2026

Marionet Teatrı Bakının qədim İçərişəhərində - tarıxı binalardan birində  yerləşir. XIX əsrdə inşa olunmuş bu bina 2016-cı ildə xüsusi olaraq marionet teatrı ücün rekonsrtuksiya olunub. 

Binanın açılışı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası ilə eyni gündə olub. 

Şərq dünyasının ilk operası olan bu əsər 1908-ci ildə səhnə üzü görüb. Azərbaycan klassik musiqisinin banısı Ü.Hacıbəyli bu əsərdə Qərb musiqi ənənələrini, Şərqin Muğam sənəti ilə birləşdirərək yeni bir janr - Muğan operası yaradıb. 

Marionet teatrının tamaşası bu əsərin daha yığcam və müasir interpretasıyasıdır. 

Bu tamaşa 2019-cü ildə Fransanın Şarlevil-Mezye səhərində Ümumdünya Marionet Teatrları festivalında böyük uğurla nümayiş olunub.

May ayında  bu tamaşaya marionet teatrının səhnəsində  9, 16, 20, 23, 30 tarixlərində baxa bilərsiniz.

 

Əlavə məlumat ücün- http://marionet.az

15 may 2026