Damcılı mağara düşərgəsi: Mezolit dövründən Neolit dövrünə keçidin izləri
Damcılı mağarasında 1956–1957-ci illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində, mədəni təbəqələrin qatışıq olmasına baxmayaraq, Mustye, Üst Paleolit, Mezolit–Neolit və Orta Əsrlərə aid 7 mindən artıq daş artefakt və 2 mindən artıq fauna qalığı aşkar edilmişdir
Damcılı mağarasında 2016–2019 və 2022–2023-cü illərdə aparılmış Azərbaycan-Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatları Cənubi Qafqaz regionunda mezolitdən neolitə keçidi və iki icma arasında əlaqələri təsbit etmək üçün mükəmməl bir məskən olduğu müəyyən edildi. 1950-ci illərdəki qazıntılardan fərqli olaraq son təqdiqatlarda statiqrafik quruluş müəyyən olunmuşdur. Belə ki, I təbəqə Orta əsrlər, VI əsr və sonrası, II təbəqə Tunc dövrü, e.ə. 2800–2200, III təbəqə Xalkolit, e.ə. 4500–3700, IV təbəqə Neolit, e.ə. 6000–5300, V təbəqə Mezolit, e.ə. 6500–6000 aid olunur. VI təbəqə sterildir. Qeyd olunan arxeoloji qazıntılar nəticəsində 4 mindən artıq artefakt aşkar olunmuşdur.
Mezolit (V təbəqə) və neolit (IV təbəqə üçün) üçün arxeoloji sübutlar Cənubi Qafqazın neolitləşməsinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir. Damcılıda hər iki dövrə aid qalıqların heç birində kərpicdən divarları yoxdur. Bununla belə, Neolit təbəqələrində dairəvi düzülüş nümayiş etdirən daşlar və fraqmentləri və yaxşı tikilmiş ocaq yerləri aşkar olunmuşdur. Mezolit dövründə ocaq yeri daşların cəmləşməsindən başqa bir şey olmasa da, neolitdəkilər isə daşla dolu çuxurlarla təmsil edilmişdir. Qeyd etmək lazımdır ki, onlar daş cərgəsi ilə əhatə olunmuşdur.
Damcılının ən son mezolit səviyyəsinə aid tapıntılar arasında erkən neolit dövrünün davamlılığını göstərən bəzək əşyası parçası da var. Bu, iri qaban dişindən olan bir bəzəkdir. Bu, son neolitdə deyil, mezolitdən erkən neolitə simvolik dəyərlərdə davamlılığın olduğunu göstərən mühüm sübutdur. Digər ən mühüm tapıntı isə daşdan hazırlanmış e.ə. 85000 il əvvələ aid olunan insan heykəlciyidir. Onun üslub xüsusiyyətləri neolit dövrünə aid Şomutəpə mədəniyyətində məşhur olan insan gil heykəlciklərindən xeyli fərqlənir.
Bu tədqiqat Damcılı mağarasından həm bitki, həm də heyvan istifadəsi baxımından mezolit və neoliti fərqləndirə biləcək mühüm dəlillər təqdim edir. Bununla belə, iri miqyaslı makrobotanik tədqiqatlar, mezolit və neolit dövrlərində yovşandan (Artemisia) istifadə olduğunu göstərmişdir. Bu bitki, neolit mədəniyyətinin vətəni olan, Bərəkətli Ayparada nadir hallarda istifadə olunmuşdur. Başqa sözlə desək, mezolitdən bəri onun davamlı istifadəsi yerli Azərbaycanın və ümumən Cənubi Qafqaz əhalisinin bitki istifadəsinin davamlılığının qismən göstərə bilər.
Beləliklə, Damcılı mağarası mezolitdən neolitə qədər sosial-iqtisadi dəyişiklikləri ardıcıllıqla araşdırmağa imkan verən nadir arxeoloji sübutlar təqdim edir. Bu sübut Cənubi Qafqazın neolitləşməsini başa düşmək üçün iki mühüm elementi ehtiva edir. Keçid neolitin başlanğıcında baş verməmişdir, lakin görünür, son mezolitdə başlamışdır. Tam neolit iqtisadiyyatının təxminən e.ə. VI minillikdə qəfil ortaya çıxması, mezolitin sonunda baş verən mədəni təmasların əsasında yaranmış platformaya arxalanır.