MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Şirvanşahlar Sarayı Kompleksi: Şirvan memarlıq irsi

05 fevral 2026

Kompleks kompozisiya üç daxili həyətdən ibarətdir: Birinci həyətdə 52 otaqlı şah sarayı və səkkizguşəli divanxana (memorial xarakterli abidə) yerləşir. İkinci həyətdə isə Seyid Yəhya Bakuvi türbəsi, Key-Qubad məscidinin qalıqları, Murad darvazası və Səbayıl qəsrinin yazılı daşları mövcuddur. Üçüncü həyətdə minarəli şah məscidi, Şirvanşahların ailəvi türbəsi və hamam vahid memarlıq ansamblı kimi formalaşıb.

Şirvan-Abşeron memarlıq məktəbi yerli əhəng daşından istifadə olunan yerli orta əsr memarlıq ənənəsinin zirvəsidir və sivri tağlar, müqarna örtüklər, incə daş oyma sənəti və müdafiə-yaşayış funksiyalarını birləşdirən hibrid memarlıq üslubu ilə səciyyələnir.

Saray XII əsrdə Bakı Şirvanşahların paytaxtı elan olunduqdan sonra tikilməyə başlayıb və XV əsrin 1411-1500-cü illərində (təxminən 90 il ərzində) Şirvanşahlar I Şeyx İbrahim, I Xəlilullah və Fərrux Yasarın hakimiyyəti dövründə tamamlanmışdır. Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan xalqının dövlətçilik rəmzi, xalqın dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunun və dövlətçilik təfəkkürünün hələ orta əsrlərdən formalaşdığının təsdiqləyən memarlıq abidəsidir.

Saray İçərişəhərin ən yüksək nöqtəsində inşa edilib və Xəzər dənizindən gələn təhlükəni nəzarətdə saxlayan mövqeyə malik idi. 

UNESCO (2000): İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası ilə birlikdə orta əsr şəhərsalma nümunəsi kimi UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmişdir.

05 fevral 2026