MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

WUF13-ün ictimaiyyətə təqdim edilməsi məqsədilə Vyana şəhərində bir sıra tədbirlər keçirilib

16 aprel 2026

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasının ictimaiyyətə təqdim edilməsi məqsədilə təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda Vyana şəhərində BMT-nin Vyana Ofisində və ATƏT-in mənzil-qərargahında tədbirlər keçirilib.

Tədbirlər Azərbaycanın Vyana şəhərində yerləşən beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, BMT-nin Sənaye Təşkilatının (UNİDO), BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat), ATƏT-in və Vyana şəhər Meriyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirlər çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) hazırlıq işləri və qeyd edilən kontekstdə Azərbaycanın əsas məqsədlərinə dair məlumat verilib, habelə şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişiklikləri, dayanıqlı şəhərlər və əlçatan mənzillər mövzusunda müzakirələr keçirilib. Həmçinin şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələrinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev təmsil edib.

Tədbirlərdə Vyana şəhərində yerləşən beynəlxalq və regional təşkilatların yanında akkreditə olunmuş ölkələrin nümayəndələri və müvafiq mütəxəssislər iştirak ediblər. 

16 aprel 2026