MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər üçün WUF13-də iştirakçılıqla bağlı informasiya sessiyası keçirilib

31 oktyabr 2025

Oktyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər üçün WUF13-də iştirakçılıqla bağlı informasiya sessiyası keçirilib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva Forumda QHT-lərin iştirakçılığı formaları barədə təqdimatla çıxış edib. 

İnfosessiyada WUF13, tədbirdə iştirakla bağlı qeydiyyat prosesi, QHT-lər üçün yaradılan imkanlar barədə məlumat verilib, suallar cavablandırılıb, təkliflər qeydə alınıb.
 

31 oktyabr 2025