MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti

01 yanvar 2026

Balaban yumşaq və məxməri səs tonu ilə seçilən ənənəvi nəfəs alətidir. Adətən gavalı və ya ərik ağacından hazırlanan və təbii yağlarla örtülən bu musiqi aləti gövdə tənzimləyici xamıt və yastı qamışdan ibarətdir. Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynayan balaban xalq şənlikləri, toylar və konsertlərdə həm solo, həm də müşayiətçi musiqi aləti kimi geniş istifadə olunur.

Balaban/Mey nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2023-cü ildə daxil edilib. Nominasiyaya Azərbaycan və Türkiyə qoşulub. 

01 yanvar 2026