Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi
Azərbaycan kulinariya irsinin mərkəzi elementi olan dolma ləziz içliyin (adətən, ət, düyü və ədviyyatlar) yarpaqlara bükülməsi və ya tərəvəzlərə doldurulması ilə hazırlanır. Adı Türk mənşəli “doldurma” sözündən götürülmüşdür ki, bu da hazırlanma texnikasını əks etdirir. Qastronomik dəyərindən əlavə, dolmanın hazırlanması həmrəylik, hörmət və qonaqpərvərliyi ifadə edən kollektiv sosial təcrübədir. Ənənəvi olaraq, qadınlar tərəfindən hazırlanan və nəsildən-nəslə ötürülən bu proses ailə bağlarını gücləndirir, xüsusi günlərdə və sosial məclislərdə insanları birləşdirən mühüm vasitə rolunu oynayır.
2017-ci ildə “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” adlı nominasiya UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilib.