Kamança alətinin hazırlanma və ifaçılıq sənəti
14
yanvar
2026
Kamança minillik tarixə malik olan və həm klassik muğam, həm də xalq musiqisinin mərkəzi elementi sayılan ənənəvi simli musiqi alətidir. Membranla örtülmüş kürəşəkilli gövdəsi və at tükündən hazırlanmış yayla ifa edilməsi ilə seçilən bu musiqi aləti insan səsini xatırladan həzin və lirik səsi ilə tanınır. Kamançanın hazırlanması və ifaçılıq sənəti həm ailələr daxilində, həm də rəsmi təhsil yolu ilə ötürülür, mədəni kimliyin mühüm sütunu və dərin emosional hekayələrin ifadə vasitəsi kimi çıxış edir.
2017-ci ildə “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” adlı çoxmillətli nominasiya (İran İslam Respublikası və Azərbaycan) UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
14
yanvar
2026