MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi

24 yanvar 2026

Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şəkinin tarixi mərkəzi şəhərin Böyük İpək Yolu üzərində mühüm qovşaq olduğunu nümayiş etdirir. Tarixi arxitektutra onu göstərir ki, şəhər planlı şəkildə qurulmuşdur. Şəkinin şəhərsalma planına onun xüsusi coğrafiyası və iqlimi təsir etmişdir; evlər dağlıq ərazinin güclü yağışlarına uyğunlaşdırılmış hündür maili damları ilə seçilir, küçələr isə təbii relyefə uyğundur. Memarlıq ansamblının mərkəzi hissəsi 1762-ci ildə inşa edilmiş Xan Sarayıdır. Saray mismar və ya yapışqandan istifadə etmədən yığılan rəngli şüşəli taxta şəbəkə pəncərələri və regionun tarixi ipək ticarətindən əldə edilən sərvəti əks etdirən daxili divar rəsmləri ilə məşhurdur.

24 yanvar 2026