MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Şamaxı Astrofizika Rəsədxanası

23 yanvar 2026

Şamaxı şəhər mərkəzindən 22 km şimalda, Pirqulu qəsəbəsində, Qafqaz dağlarına aparan mənzərəli marşrut üzərində yerləşən Şamaxı Astrofizika Rəsədxanası regionun ən böyük və strateji əhəmiyyətli elmi-tədqiqat mərkəzlərindən biridir. XIII əsr astronomu Nəsirəddin Tusinin şərəfinə adlandırılan rəsədxana 1959-cu ildə yaradılmış, ulduzların, qalaktikaların və kosmik proseslərin öyrənilməsi istiqamətində mühüm elmi nəticələr əldə etmişdir. 

 

Müasir dövrdə rəsədxana elmi fəaliyyətlə yanaşı, elmi turizm və maarifləndirmə funksiyasını da yerinə yetirir, ziyarətçilər üçün ekspozisiya sahələri, iri teleskop infrastrukturu və gecə müşahidə proqramları vasitəsilə regionun turizm və innovasiya potensialının inkişafına töhfə verir.

23 yanvar 2026