MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

“Kiçik Venesiya” şəhərciyi

17 yanvar 2026

“Kiçik Venesiya” Bakı Bulvarında yerləşən süni kanallar və körpülərdən ibarət dekorativ istirahət kompleksidir. Burada ziyarətçilər kanallar üzərində qısa qayıq gəzintisinə çıxa, ətrafdakı restoran və kafelərdə dincələ və bulvarın gözəl mənzərəsindən zövq ala bilərlər. Axşam saatlarında işıqlandırılmış ərazi xüsusilə romantik və cəlbedici görünür.

 

Şəhərin gözoxşayan mənzərələrindən əlavə, sərinləşdirici içkilər və ya ənənəvi çay dəsgahı alaraq dincələ və ya gəmidəki fotoqrafın köməyi ilə xatirələrinizi əbədiləşdirə bilərsiniz.

17 yanvar 2026