MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Nuh peyğəmbərin türbəsi (Naxçıvan)

20 yanvar 2026

Orta əsrlərdən bəri Qafqaz bölgəsi əhalisinin inancları və folklor ənənələrinə əsasən Nuh peyğəmbərin qəbrinin yerləşdiyi yer Naxçıvan ərazisi hesab edilib. Rəvayətlərə görə, Böyük Tufandan sonra Nuh Peyğəmbər son günlərini bu ərazidə keçirmiş və elə adı ilə adlandırılan türbədə dəfn edilmişdir. Nuh türbəsi orta əsr islam memarlığı üslubunda, Azərbaycanın Naxçıvan dini memarlıq üslubunda inşa edilmişdir. Ümumiyyətlə, təsadüfi deyil ki, Naxçıvanda Nuh peyğəmbərin adı ilə bağlı olan toponimlərə, inanclara rast gəlmək mümkündür. Bu gün də, yerli inanclara görə Nuhun gəmisi Naxçıvandakı İlandağın zirvəsinə çırpılmaqla onu iki yerə haçalamışdır. Ehtimal ki, dağın adı da bu əfsanəyə əsasən “Haçadağ” adlanıb. Nuhun gəmisi Qapıcıq zirvəsinin yaxınlığında isə ilk dəfə quruya çıxmışdır. Ümumiyyətlə, Naxçıvan ərazisində İncil və Quranda adı çəkilən əhvalatlarla bağlı dini inanc yerləri mövcuddur.

20 yanvar 2026