İçərişəhər
Divarları şəhərin qədim sirlərini pıçıldayan, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhəri gəzərkən onun daş döşənmiş küçələrinin labirintini kəşf etməyi qaçırmayın. Bu küçələr bələd olmayan gözlərə qarışıq görünsə də, tarixi strateji məqsədlərə xidmət edir: dar döngələr sizi Qız Qalasına, qədim məscidlərə, hamamlara və Şirvanşahlar Sarayına aparır, damüstü kafelər isə şəhərin, eləcə də Bakı körfəzinin və qürub çağının möhtəşəm panoramasını təqdim edir.
Qonaqlar İçərişəhərdə yerləşən restoranlarda ənənəvi Azərbaycan mətbəxindən zövq ala bilərlər. Həm Bakının, həm də bütövlükdə Azərbaycanın sevimli simvolu olan Qız Qalasını ziyarət etməyi də unutmaq olmaz. İçərişəhərin cənub kənarından dənizə baxan qala sirli və cazibədar bir mənzərə yaradır. Qalanın mənşəyi hələ də sirr pərdəsi ilə örtülüb - onun tikilmə tarixi, məqsədi və niyə məhz “Qız Qalası” adlandırılması naməlum olaraq qalır.
Səmadan baxdıqda, qala Azərbaycanın rəmzi ornamenti olan butanı xatırladır. Bir nəzəriyyəyə görə, buta od rəmzi olduğu üçün bu tikili vaxtilə Zərdüştilik məbədi olmuşdur. Qız Qalası XII əsrdə Şirvanşahlar tərəfindən müdafiə qalası kimi istifadə edilmiş.