Azərbaycan Dövlət Kukla Teatrı
28
aprel
2026
Peşəkar kukla teatrının tarixi 1931-ci il ilə bağlıdır. Teatr öz ilk tamaşasını — “Sirk” adlı səhnə əsərini 1932-ci ilin aprel ayında təqdim etmişdir.
Teatrın yerləşdiyi bina 1910-cu ilin iyun ayında istifadəyə verilmiş və “Fenomen” adlı kinoteatr kimi fəaliyyət göstərmişdir. Bu bina Bakıda inşa olunmuş ilk kinoteatr binalarından biri hesab olunur. Tikili polyak memar Yuzef Ploşkonun layihəsi əsasında Renessans üslubunda inşa edilmişdir.
Hazırda teatrın repertuarında 46 tamaşa mövcuddur ki, onlardan 4-ü böyüklər üçün nəzərdə tutulmuşdur. Tamaşalar hər həftə cümə, şənbə və bazar günləri nümayiş olunur.
28
aprel
2026