MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - Bakı, Azərbaycan

HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ:

TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və ‘Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri’ mövzusuna həsr olunmuş WUF13 qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdıracaq və Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verəcəkdir.

President Ilham Aliyev

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.

Xəbərlər

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb Mayın 22-də Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.
23 may 2026
Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib 2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.
22 may 2026
WUF13-ün beşinci günü “Bakı şəhərinin Baş Planı 2040”, “Ağıllı şəhər” yanaşmaları və çoxtərəfli əməkdaşlıq müzakirə olunub Mayın 21-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edib.
22 may 2026
Host building
Bakı şəhəri
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir
QEYDİYYATDAN İNDİ KEÇİN!
2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına qeydiyyat davam edir.

Tarixi izimiz

Azərbaycanın şəhərsalma tarixi müxtəlif icmaların hekayələrini, mədəniyyətlərarası mübadilə və zəngin memarlıq yaradıcılığını özündə ehtiva edir.

QOBUSTAN

ŞİRVANŞAHLAR SARAYKOMPLEKSİ

HEYDƏR ƏLİYEVMƏRKƏZİ

ƏSAS MESAJLAR

ANAR QULİYEV

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığımızda mühüm mərhələ sayılan WUF13-də iştirak etmək üçün hər birinizi Bakıya dəvət edirik.

Sizi dostluq və həmrəylik ruhunda qarşılayacaq şəhərimiz ortaq məqsədlərimizi irəli aparmaq və daha yaxşı şəhər gələcəyini formalaşdırmağa töhfə vermək naminə heç kəsi kənarda qoymadan birgə fəaliyyətə hazırdır!

ANAKLAUDIA ROSSBAX

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) baş katibinin müavini və icraçı direktoru

Tədbir çərçivəsində biz mənzil təminatı, torpaqdan istifadə, şəhərsalma, idarəetmə və iştirakçılıq kimi mühüm problemləri müzakirə edəcəyik. Biz müxtəlif maraqlı tərəflərin fikirlərini dinləməklə yanaşı, hamı üçün əlçatan mənzil təminatı, 
qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, bərpa və yenidənqurma prosesləri, habelə iqlim davamlılığının gücləndirilməsi məqsədilə atılacaq addımların müəyyənləşdirilməsi kimi əsas məsələlərə toxunacağıq. Bununla yanaşı, biz qlobal mənzil böhranının yaratdığı problemlərlə bağlı daha effektiv həll variantları üçün güclü koalisiyalar qurmalıyıq.

BAKI TƏKCƏ TƏDBİRİN EV SAHİBİ DEYİL,

HƏM DƏ UNUDULMAZ TƏCRÜBƏDİR!