MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi

13 may 2026

Resource HUB LLC - Yelo Bank

 

Resource HUB və Yelo Bank-ın əməkdaşlığı çərçivəsində təşkil olunan onlayn panel müzakirəsi “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbirinin bir hissəsidir. Paneldə İtaliya, ABŞ, Almaniya və Azərbaycandan olan ekspertlər bir araya gələrək təhlükəsiz və inklüziv şəhərlər, iqlim dəyişikliyinə uyğunlaşma, davamlı şəhər inkişafının təşviqində maliyyə institutlarının rolu haqda müzakirələr aparacaq.

Müzakirə Bakı şəhərində keçirilən canlı tədbirlə birbaşa əlaqəlidir. Həmin tədbir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan qadın sahibkarların yerli ekoloji məhsullarının nümayiş olunduğu Qadın İcma Yarmarkası təşkil olunacaq. Bu tədbir qadınların yerli iqtisadiyyata və dayanıqlı icma inkişafına verdiyi töhfələrin praktiki nümunələrini ön plana çıxarır.

Canlı tədbir zamanı səsləndirilən ideya və müzakirələrin davamı olaraq, onlayn panel müzakirəni beynəlxalq səviyyəyə qaldırır, yerli təcrübəni inklüziv şəhər inkişafı ilə bağlı qlobal yanaşmalarla əlaqələndirir. Bu təşəbbüs Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası çərçivəsində aparılan müzakirələrlə əlaqəli şəkildə təşkil olunur.

 

Tədbirin dili: Azərbaycanca və İngiliscə

İştirak növü: İctimaiyyətə açıq

Tədbirin növü: Onlayn panel müzakirəsi

Qeydiyyat linki: https://us06web.zoom.us/meeting/register/B0aBwxj_S1Sg7aGUkLkY4w

13 may 2026