Məktəbdə Şəhər Bağçılığı Təşəbbüsü
13
may
2026
IDEA İctimai Birliyi - EKOL Mühəndislik Xidmətləri
Tədbir çərçivəsində məktəbdə şagirdlərin praktiki ekoloji biliklərini artırmağa xidmət edən şəhər bağçılığı məkanı təqdim olunacaq, məktəbə xüsusi lək dibçəkləri və bağçılıq alətləri hədiyyə ediləcək. Bu təşəbbüs uşaqlara bitki əkmək, yaşıllığa qulluq etmək və şəhər mühitində təbiətin dəyərini daha yaxşı anlamaq imkanı yaradacaq. Layihə praktiki öyrənməni, ekoloji maarifləndirməni və erkən yaşlardan təbiətə qayğı hissinin formalaşdırılmasını hədəfləyir.
Tədbirin dili: Azərbaycanca
İştirak növü: Yalnız dəvət əsaslı
Tədbirin növü: Vörkşop
13
may
2026