MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Mədəni İrs və Müasir Texnologiyalar: Rəqəmsal Həllərin Tətbiqi

13 may 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

 

Tədbirin məqsədi müasir şəhərsalma prosesləri çərçivəsində mədəni irsin qorunması, idarə olunması və inkişafına rəqəmsal texnologiyaların rolunu araşdırmaqdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbir 100–150 iştirakçını, o cümlədən siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək. Sessiya çərçivəsində coğrafi informasiya sistemləri (GIS), dron çəkilişləri, 3D modelləşdirmə və virtual platformalar kimi rəqəmsal alətlərin mədəni irs obyektlərinin sənədləşdirilməsi, xəritələşdirilməsi və monitorinqində rolu vurğulanacaq. Bundan əlavə, sessiyada süni intellekt əsaslı həllərin mədəni irsin qorunması və idarə olunmasında rolu da müzakirə olunacaq. Süni zəka texnologiyalarının məlumatların təhlili, risklərin proqnozlaşdırılması və qərar vermə proseslərinin optimallaşdırılmasında yaratdığı imkanlar xüsusi vurğulanacaq.

Tədbir beynəlxalq təcrübə mübadiləsini təşviq edəcək, innovativ rəqəmsal həlləri ön plana çıxaracaq və mədəni irsin dayanıqlı şəhərsalma inkişafına inteqrasiyasını gücləndirməyə xidmət edəcək. Bununla yanaşı, rəqəmsal platformaların ictimaiyyətin məlumatlandırılması və turizmin inkişafında rolu da vurğulanacaq və bu yanaşma Ümumdünya Şəhərsalma Forumu 13-ün məqsədləri ilə uyğunluq təşkil edəcək.

 

Tədbirin dili: Azərbaycanca/İngiliscə

İştirak növü: Yalnız dəvətlə

Tədbirin növü: Panel Müzakirəsi

 

13 may 2026