Dağ-mədən İşlərinin Şəhərsalma Həllərində Yeri və Rolu
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
Bakı Şəhərsalma Həftəsində Agentliyimiz “Dağ-mədən fəaliyyəti nəticəsində formalaşan tullantıların təkrar emalı və ekoloji cəhətdən dayanıqlı inşaat materiallarının istehsalı” mövzusunu müzakirəyə çıxaracaq. Dağ-mədən fəaliyyətinin şəhərsalma həllərində yeri və rolu, bu istiqamətdə çıxışlar və fikir mübadiləsi konsepsiyamızın əsasını təşkil edir. Dəyirmi masanın başlıca məqsədi dağ-mədən fəaliyyətini, onun şəhərsalma həllərində rolunu, urbanizasiyaya təsirlərini, mədən işləri zamanı formalaşan tullantıların ekoloji risklərinin azaldılmasını, dayanıqlı idarəetmə mexanizmlərini və innovativ yanaşmaların səmərəli müzakirəsini həyata keçirməkdir. Tədbirin hədəf auditoriyasına dövlət qurumlarının nümayəndələri, özəl sektor, mədən şirkətləri, ekoloqlar, QHT-lər və media nümayəndələri daxildir.
Tədbirin dili: Azərbaycanca
İştirak növü: Yalnız dəvətlə