MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Memarlıq Buraxılış İşləri Sərgisi və Şəhər Dialoqu

14 may 2026

AzMIU (Azərbaycan Memarlıq və İnşaat Universiteti)

 

Tədbir tələbələrin kurs və diplom işlərinin nümayiş olunduğu, həmçinin akademik dairələrin, gənclərin və dəvət olunmuş tərəfdaşların cəlb edildiyi dörd günlük sərgi formatında keçiriləcək. Sərgidə əlçatan və inklüziv mənzil təminatı, iqlimə uyğunlaşdırılmış memarlıq, şəhərin bərpası (regenerasiyası), ictimai məkanların inkişafı və kompleks şəhərsalma planlaşdırılması kimi əsas mövzuları əhatə edən innovativ, sosial yönümlü və dayanıqlı dizayn həlləri nümayiş etdiriləcək. Qlobal dayanıqlı inkişaf gündəliklərinin yerli kontekstə inteqrasiyasına və şəhər dizaynında fənlərarası yanaşmaların təşviqinə xüsusi diqqət yetiriləcək.

Tədbir gənc mütəxəssislərin dayanıqlı şəhər inkişafına töhfəsini diqqətə çatdıracaq, akademik ictimaiyyət və şəhərsalma ilə maraqlanan daha geniş ictimaiyyət arasında dialoqu gücləndirəcək və "Ümumdünya Şəhərsalma Forumu 13"-ün məqsədlərinə uyğun olaraq inklüziv və dayanıqlı şəhərlərin formalaşdırılmasında gənclərin iştirakını dəstəkləyəcəkdir.

 

Tədbirin dili: Azərbaycanca/İngiliscə

İştirak növü: İctimaiyyətə açıq (onlayn qeydiyyat)

14 may 2026