MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

 Şəhərin Səsi

16 may 2026

 Torpağın səsi - Atəş Hub

 

Tədbir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində keçiriləcək və şəhər mühitinin müasir audiovizual praktikalar, rəqəmsal incəsənət, elektron musiqi, qraffiti və memarlıq interpretasiyası vasitəsilə təqdim edilməsinə həsr olunacaq.

 

Layihənin əsas məqsədi sovet dövrünə aid unikal memarlıq nümunəsi olan kinostudiya məkanını urbanistik hadisə kimi göstərmək, onun şəhərin tarixi yaddaşı və müasir yaradıcı potensialı ilə əlaqəsini vurğulamaqdır.

Tədbir Bakını yalnız fiziki məkan kimi deyil, səslər, ritmlər, vizual kodlar, küçə sənəti və memarlıq qatlarından ibarət canlı mədəni orqanizm kimi təqdim edir. Proqram gənc rəssamlar, multidissiplinar sənətçilər, qraffiti artistləri və elektron musiqiçilərin əməkdaşlığı əsasında qurulacaq.

Canlı DJ çıxışları, sinxron rəqəmsal video, audiovizual performans, qraffiti işləri və videomapping vasitəsilə “Azərbaycanfilm” məkanı bədii transformasiyaya uğrayacaq. Tədbir həm də yaradıcı sənaye nümayəndələri arasında peşəkar ünsiyyət və yeni əməkdaşlıqlar üçün platforma yaradacaq.

 

Tədbirin dili: Azərbaycanca/İngiliscə

İştirak növü: İctimaiyyətə açıq (onlayn qeydiyyat)

Tədbirin növü: Audiovizual təqdimat 

16 may 2026