Qumdan Ev Tikmə, Müxtəlif Şəhərlərə aid Böyük Pazlların Yığılması və Leqo Şəhərciyi
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Uşaqlar üçün əyləncə və maarifləndirici fəaliyyət interaktiv formatda təşkil olunur. Proqram çərçivəsində uşaqlar qumdan ev tikmə, müxtəlif şəhərlərə aid böyük pazlların yığılması və LEGO konstruksiyalarından fiqurların hazırlanması kimi yaradıcı oyunlarda iştirak edirlər. Təcrübəli kuratorlar və təlimçilər tərəfindən uşaqlara oyunların qaydaları izah edilir, onların aktiv iştirakı təşviq olunur və hər fəaliyyət zamanı maarifləndirici məlumatlar təqdim edilir. Oyunlar vasitəsilə uşaqların məntiqi düşünmə, yaradıcılıq və komanda ilə işləmə bacarıqları inkişaf etdirilir. Eyni zamanda, müxtəlif şəhərlərin memarlıq xüsusiyyətləri uşaqlara sadə və maraqlı şəkildə izah olunur. Tədbir uşaqlar üçün həm əyləncəli, həm də öyrədici, təhlükəsiz və stimullaşdırıcı mühit yaradır.
Tədbirin dili: Azərbaycanca/İngiliscə/Rusca
İştirak növü: İctimaiyyətə açıq
Tədbirin növü: Uşaqlar üçün əyləncə