Şəhərsalma Fəaliyyətində Tikinti, Yanğın, Texniki və Radiasiya Təhlükəsizliyinin Təmin Olunmasında Dövlət Nəzarəti
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda keçiriləcək dəyirmi masa dayanıqlı şəhər mühitinin formalaşdırılması və təhlükəsiz insan fəaliyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Sürətli urbanizasiya şəhərlərdə sıxlığın artmasına, infrastrukturun yüklənməsinə və risklərin çoxalmasına səbəb olur ki, bu da nəzarət mexanizmlərinin daha da gücləndirilməsini zəruri edir. Tədbirin məqsədi mövcud nəzarət sistemlərinin təhlili, risklərin qiymətləndirilməsi və effektiv həll yollarının müəyyənləşdirilməsidir. Dövlət nəzarəti insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və fövqəladə halların qarşısının alınmasında əsas rol oynayır. Gələcəkdə bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi və nəzarətin effektivliyinin artırılması prioritet kimi nəzərdə tutulur.
Tədbirin dili: Azərbaycanca
İştirak növü: Yalnız dəvətlə
Tədbirin növü: Dəyirmi masa