MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Enerji Səmərəli Şəhərsalma: Elektrik Şəbəkəsinin Planlaşdırma ilə İnteqrasiyası

14 may 2026

AzərEnerji ASC

 

Tədbirin məqsədi enerji səmərəli və dayanıqlı şəhərləri dəstəkləmək üçün elektrik şəbəkələrinin şəhərsalma planlaşdırmasında inteqrasiyası mövzusunu araşdırmaqdır. "Azərenerji" ASC tərəfindən təşkil olunan tədbir 50–70 nəfərin, o cümlədən dövlət nümayəndələrinin, mühəndislərin və elm xadimlərinin iştirakı ilə panel müzakirəsi formatında keçiriləcək. Müzakirələr ağıllı şəbəkələr, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, mikroşəbəkələr və iqlimə davamlı infrastruktur mövzularını əhatə edəcək. Tədbirdə Qarabağ energetika modeli, Zəngilanda "Ağıllı Şəhər"və Bakı Ağ Şəhər kimi layihə nümunələri, eləcə də beynəlxalq qabaqcıl təcrübələr təqdim olunacaq. Tədbir bilik mübadiləsini gücləndirəcək və aşağı karbonlu, dayanıqlı şəhər inkişafını dəstəkləyən enerji həllərinin təşviqinə xidmət edəcək.  

 

Tədbirin dili: Azərbaycanca

İştirak növü: Yalnız dəvətlə

Tədbirin növü: Panel Müzakirəsi

14 may 2026